XeberPlus

Ən son xəbərlər

Təhsil

Növbəti il bu müəllimlər sertifikasiyadan azad ediləcək – Agentlik direktoru

20 min tamştatlı müəllim kontingenti yaradılacaq və onlar sertifikasiya imtahanından azad ediləcək.

XeberPlus.com xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov İTV-nin “Pressinq” verilişində jurnalistlərin suallarını cavablandırarkən deyib.

Onun sözlərinə görə, bu prosesə 2027-ci ildən başlanılacaq.

Eşqi Bağırov qeyd edib ki, həmin müəllimlərin seçimi müəyyən meyarlar üzrə aparılacaq:
“İlk olaraq sertifikasiya imtahanlarında ən yüksək nəticə göstərmiş və bu işdə işləmək istəyən müəllimlərin seçimi nəzərdə tutulur”, – o, bildirib

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *