Misli Premyer Liqasında 9-cu tur davam edir.
XeberPlus.com xəbər verir ki, ikinci oyun gününə daha iki matç nəzərdə tutulub.
Günün ilk matçında “Şəfa” “Kəpəz”i qəbul edib. Görüş “Kəpəz”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər qarşılaşmada isə “Neftçi” “Turan Tovuz”la üz-üzə gəlir.
Bu turun mərkəzi qarşılaşması olan “Sabah” – “Qarabağ” matçı isə sabah keçiriləcək.
Misli Premyer Liqası
IX tur
24 oktyabr (şənbə)
19:00. “Neftçi” – “Turan Tovuz” – 0:0 (Birinci hissə)
Hakimlər: Əli Əliyev, Rəhman İmami, Rahil Ramazanov, Elvin Bayramov, Rəvan Həmzəzadə (VAR), Şirmamed Mamedov (AVAR)
“Palms Sports Arena”
16:30. “Şəfa” – “Kəpəz” – 1:2
Qol: Maudo Jarjue, 65 (1:0), Şakir Seyidov, 74 (1:1), Benito, 80 (1:2)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Kamran Əliyev, Vüqar Həsənli (VAR), Namiq Hüseynov (AVAR)
“SOCAR Polymer Arena”
25 oktyabr (bazar)
15:00. “İmişli” – “Şamaxı”
18:00. “Sabah” – “Qarabağ”
23 oktyabr (cümə)
“Araz-Naxçıvan” – “Qəbələ” – 1:2
“Zirə” – “Sumqayıt” – 3:2 // Qol.az








