XeberPlus

Ən son xəbərlər

Ölkə

Nəriman Həsənzadənin adına saxta hesab aşkarlanıb

Mərhum Xalq şairi Nəriman Həsənzadənin adından sosial şəbəkədə saxta səhifə açılıb.

XeberPlus.com xəbər verir ki, bu haqqda Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyat Rza sosial mediada paylaşım edib.

“Xalq şairi Nəriman Həsənzadənin adından səhifə açılıb. Həmin səhifə vasitəsi ilə uyğunsuz qruplara dəvətlər edilir. Ailəsi ilə əlaqə saxladıq. Xəbərsizdirlər və narahatlıqlarını ifadə etdilər. Səhifənin şikayət edilməsini xahiş etdilər. Bu səhifəni işlədən hər kimdirsə, könüllü olaraq bağlasa yaxşı olar. Ayıbdır!” – deyə paylaşımda qeyd edilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *