XeberPlus

Ən son xəbərlər

Sosial

Müəllimlərin yaşayış yerinə uyğun vakansiya seçimi başladı

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin faktiki yaşayış rayonuna uyğun olaraq həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu ümumi təhsil müəssisələri üzrə vakansiya seçimi mərhələsi 8 avqust saat 11:00-dan etibarən başlayıb.

XeberPlus.com xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.

Bildirilib ki, namizədlər şəxsi səhifələrinə daxil olaraq vakansiya seçimini həyata keçirə bilərlər. Vakansiya seçimi mərhələsi 10 avqust saat 11:00-dək davam edəcək.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *