XeberPlus

Ən son xəbərlər

Maraqlı

Moruq niyə faydalıdır?-Tərkibi və təsirləri

Şirin-turş dadı və xoş ətri ilə sevilən moruq yay mövsümünün ən çox seçilən giləmeyvələrindəndir. Kiçik ölçüsünə baxmayaraq, tərkibində orqanizm üçün vacib olan bir sıra vitamin, mineral, lif və antioksidantlar var.

Moruq liflə zəngin olan giləmeyvədir. Tərkibində olan C vitamini immuntetin güclənməsində rol oyanıyır. Bağırsaqların sağlamlığına müsbət təsir edir. K vitaminli bu giləmeyvə sümüklərin sağlam qalmasına kömək edir. Bu vitamin həmçinin, qan laxtalanmasının qarşısının alır.

Qarın ağrısınınm azalmasında moruq çayı faydalıdır. Moruğun tərkibindəki salisilik turşu ona iltihabəleyhinə və qızdırmanı azaltmağa kömək edən xüsusiyyətlər qazandırır.

Qan təzyiqinin aşağı salınması və şişkinliyin azaldılmasındada moruq əvəzolunmaz meyvədir.

Uşaqlar üçün faydalı olan moruğun dəriyə xeyridə var. Moruğun enerji dəyəri nisbətən aşağı, lif miqdarı isə yüksəkdir. Buna görə şirniyyat əvəzinə moruqdan yemək daha yüngül seçim ola bilər. Lif həm də daha uzun müddət toxluq hissinin yaranmasına kömək edir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *