XeberPlus

Ən son xəbərlər

Ölkə

Misir Mərdanov “Şərəf” ordeni ilə təltif edildi

Prezident Misir Mərdanovla bağlı sərəncam imzaladı.

XeberPlus.com xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama görə, o, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə “Şərəf” ordeni ilə təltif edilib.

Qeyd edək ki, sabah Misir Mərdanovun 80 yaşı tamam olur. O, 1996-1998-ci illərdə Bakı Dövlət Universitetinin rektoru, 1998-2013-cü illərdə təhsil naziri olub. 

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *