XeberPlus

Ən son xəbərlər

Hadisə

Mərdəkanda ev sahibinin yoxluğundan istifadə edən qadınlar kameraya düşdü

Bakının Mərdəkan qəsəbəsində evə daxil olan qadınların oğurluq etdiyi bildirilir. Onların evdən qızıl, pul və digər əşyaları apardığı iddia olunur.

XeberPlus.com Lent.az-a istinadən xəbər verir ki, hadisə Baba Əliyev küçəsində, 181 nömrəli məktəbin yaxınlığında baş verib.

Ev sahibinin sözlərinə görə, o, çörək almaq üçün marketə gedib. Həmin vaxt onun 12 yaşlı qızı evdə olub. Başları örtülü qadınların isə bu müddətdə evə daxil olaraq oğurluq etdikləri bildirilir.
Hadisənin diqqətçəkən tərəfi odur ki, qadınların hərəkətləri evin təhlükəsizlik kamerasına düşüb. Görüntülərdə qeydə alınan hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *