XeberPlus

Ən son xəbərlər

Siyasət

Laçında traktor minaya düşdü

Laçın rayonunda traktor minaya düşüb.

XeberPlus.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat xidmətləri birgə məlumat yayıblar.

Məlumata görə, işğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində 2026-cı il 25 sentyabr tarixində mina partlayıb. Nəticədə Ağcabədi rayon sakini 1992-ci il təvəllüdlü Quliyev Ülfət Saday oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *