1946-cı ildən etibarən respublika idarəçiliyi ilə fəaliyyət göstərən İtaliyada 2022-ci ildən hakimiyyətdə olan Baş nazir Giorgia Meloni rəhbərlik etdiyi hökumətin ölkə tarixinin ən uzunömürlü hökuməti kimi tarixə düşməsi münasibətilə dünya liderlərindən gələn təbrik mesajlarına cavab verib.
Meloni Prezident Rəcəb Tayyib Ərdoğanın təbrikinə sosial media hesabında paylaşdığı mesajla cavab verib. O, Ərdoğanın göndərdiyi təbrikdən məmnunluq duyduğunu bildirib.
Meloni qeyd edib ki, İtaliya ilə Türkiyə arasında tarixi əlaqələr və ortaq maraqlar mövcuddur. Onun sözlərinə görə, bu amil iki ölkə arasında dialoq və əməkdaşlığın davam etdirilməsini vacib edir.
Baş nazir son illərdə Roma ilə Ankara arasındakı münasibətlərin daha da gücləndiyini vurğulayıb. O, tərəflərin ortaq maraq doğuran məsələlər, həmçinin Aralıq dənizi, təhlükəsizlik və regional sabitliklə bağlı əsas problemlər üzərində əməkdaşlıq etdiyini bildirib.
Meloni bu prosesin konkret addımlarla davam etdiriləcəyinə və xalqların maraqları naminə yeni əməkdaşlıq imkanlarının yaradılacağına əmin olduğunu qeyd edib.
Mənbə: dha.com.tr







