XeberPlus

Ən son xəbərlər

Xarici Siyasət

İsrail İrana qarşı yeni hücuma hazırlaşır?

İsrail ordusunun ABŞ-ın birbaşa dəstəyi olmadan İrana qarşı yeni əməliyyat keçirmək ehtimalına hazırlaşdığı iddia olunur. Məlumata görə, mümkün hücum planlarının əsas diqqət mərkəzində İranın nüvə proqramı dayanır.

XeberPlus.com xəbər verir ki, “Israel Hayom” qəzetinə danışan İsrail hərbi mənbələri ABŞ və İsrail orduları arasında hərbi və əməliyyat koordinasiyasının davam etdiyini bildiriblər.

Mənbələrin sözlərinə görə, iki ölkə arasında sıx əməkdaşlıq olsa da, İsrail ordusu ehtiyac yaranacağı təqdirdə İran ərazisinə təkbaşına zərbə endirmək ssenarisi üzərində də hazırlıq aparır.

İddialara əsasən, hazırlıqların əsas istiqamətlərindən biri Tehranın nüvə proqramı ilə bağlı obyektlərdir. İsrail tərəfi İranın nüvə imkanlarını öz təhlükəsizliyi üçün əsas məsələlərdən biri hesab edir.

Məlumatda həmçinin qeyd olunur ki, ABŞ və İsrailin noyabr ayında keçiriləcək ara seçkilərdən əvvəl İrana qarşı yeni genişmiqyaslı əməliyyata başlaması ehtimalı aşağı qiymətləndirilir.

Buna səbəb kimi ABŞ-da siyasi vəziyyət və mümkün hərbi gərginliyin dünya neft qiymətlərinə təsiri göstərilir.

Qeyd edək ki, ABŞ və İsrail daha əvvəl İrana qarşı birgə hərbi əməliyyatlar həyata keçirib. Lakin yeni hücum ehtimalı ilə bağlı yayılan məlumatlar hələ rəsmi şəkildə təsdiqlənməyib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *