XeberPlus

Ən son xəbərlər

Ölkə

Həbsdə olan icra başçısının qızına yüksək vəzifə verilib  

Hazırda həbsdə olan Balakən Rayon İcra Hakimiyyətinin sabiq başçısı İslam Rzayevin qızı Fəridə Rzayeva yenidən hakim vəzifəsinə təyin edilib.

XeberPlus.com Gununsesi.info-ya istinadla xəbər verir ki, Prezident İlham Əliyev bugünlərdə birinci instansiya məhkəmələrinin hakimlərinin təyin edilməsi ilə bağlı sərəncamında Fəridə İslam qızı Rzayevanın Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin yenidən hakimi təyin olunması əks olunub.

Qeyd edək ki, İslam Rzayev DTX tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılıb və barəsində cinayət işi başlanıb. 

Hazırda onunla bağlı istintaq hərəkətləri davam etdirilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *