Azərbaycanın görkəmli hərbi xadimi, artilleriya generalı və Azərbaycan Xalq Cümhuriyyəti Hərbi nazirinin müavini Əliağa Şıxlinski 18 avqust 1943-cü ildə Bakıda vəfat edib.
Əliağa İsmayıl oğlu Şıxlinski 1865-ci ildə Qazax bölgəsində anadan olub. O, Sankt-Peterburqdakı Mixaylovski Artilleriya Məktəbini bitirib və uzun illər hərbi xidmətdə çalışıb. 1904–1905-ci illərdə Rusiya-Yaponiya müharibəsində iştirak edib, Port-Arturun müdafiəsi zamanı göstərdiyi şücaətə görə təltif olunub.
Şıxlinski hərb elminə də mühüm töhfələr verib. Onun hazırladığı “Şıxlinski üçbucağı” və “Şıxlinski formulu” artilleriya nəzəriyyəsində istifadə olunub. O, həmçinin hərbi mövzuda bir sıra əsərlərin müəllifidir.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti yaradıldıqdan sonra milli ordunun formalaşdırılmasında mühüm rol oynayan Şıxlinski Hərbi nazirin müavini vəzifəsinə təyin edilib. Azərbaycan ordusunun qurucularından biri kimi tarixə düşüb.
Görkəmli general 18 avqust 1943-cü ildə Bakıda vəfat edib və Yasamal qəbiristanlığında dəfn olunub.







