XeberPlus

Ən son xəbərlər

Hadisə

Dəhşətli hadisə: Əlil qıza cinsi istismar iddiası ilə 5 nəfər həbs edildi

Qaziantəpdə eşitmə və nitq məhdudiyyəti olan gənc qıza qarşı cinsi istismar iddiası ilə saxlanılan 5 şübhəli məhkəməyə göndərilib. Onlar “cinsi istismar” və “şəxsin azadlıqdan məhrum edilmə” ittihamları ilə məhkəmə orqanlarının qərarı əsasında həbs olunublar.

Hadisə əvvəlki gün Şahinbəy rayonunun Cengiz Topel məhəlləsində baş verib. İddiaya görə, eşitmə və nitq məhdudiyyəti olan 24 yaşlı qız avtomobilinə mindiyi şəxs tərəfindən qaçırılaraq naməlum ünvana aparılıb. Gənc qıza boyaçı, santexnik, bərbər və köməkçisi olduqları iddia edilən şəxslər tərəfindən cinsi zorakılıq edildiyi bildirilib. Daha sonra sərbəst buraxılan gənc qız baş verənləri ailəsinə danışıb.

Mənbə: Milliyet.com.tr

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *