Gəncədə qəza: Ana və iki azyaşlı övladı xəsarət aldı
Gəncədə yol qəzası olub. XeberPlus.com verir ki, hadisə Poçt qəsəbəsində qeydə alınıb. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 30 yaşlı A. Həsənova, onun 3 və 5 yaşlı iki övladı xəsarət alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib. Araşdırma aparılır.(Modern.az)















