XeberPlus

Ən son xəbərlər

Mədəniyyət

Bu gün Nəsiman Yaqublu yad edilir

Nəsiman Qara oğlu Yaqublu 22 fevral 1962-ci ildə Zəngilan rayonunun Zəngilan kəndində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 1983-cü ildə təhsilini davam etdirmək üçün Leninqrada gedib və 1986-cı ildə Leninqrad Universitetinin Jurnalistika fakültəsini bitirib.

Ali təhsilini başa vurduqdan sonra Bakıya qayıdan alim “Yazıçı” nəşriyyatında redaktor kimi fəaliyyət göstərib. Onun yaradıcılığında Azərbaycanın yaxın tarixi, Azərbaycan Xalq Cümhuriyyəti, Məhəmməd Əmin Rəsulzadənin irsi və mühacirət mətbuatı xüsusi yer tutub.

Nəsiman Yaqublu uzun illər Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində çalışıb. O, tələbələrə yalnız jurnalistika deyil, Azərbaycanın mətbuat və milli düşüncə tarixini də öyrədib. N.Yaqublu “Ağrılı ömürlər”, “Məhəmməd Əmin Rəsulzadə”, “Xocalı qırğını”, “Məhəmməd Əmin Rəsulzadə Ensiklopediyası” və digər kitabların müəllifidir.

Nəsiman Yaqublunun həyatı jurnalistika, tarix və milli yaddaşın araşdırılmasına həsr olunmuş bir ömür kimi yadda qalıb. Onun yazdığı əsərlər və apardığı tədqiqatlar Azərbaycan tarixinin gələcək nəsillərə çatdırılması baxımından əhəmiyyətini qoruyur. Nəsiman Yaqublu 2024-cü il sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərində 125 saylı Zəngilan-Qubadlı seçki dairəsindən deputatlığa namizəd idi. Avqustun 25-də Zəngilanda seçicilərlə görüşdən qayıdarkən avtomobil qəzasına düşərək həyatını itirib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *