Böyük Britaniyada məktəblərdə mobil telefon istifadəsinə dair qaydalar sərtləşdirilir.
XeberPlus.com xəbər verir ki, məhdudiyyətlər 2027-ci ilin sentyabrından qüvvəyə minəcək. Yeni qaydalara əsasən, şagirdlər dərs günü ərzində telefonlarını nə ciblərində, nə də çantalarında saxlaya biləcəklər.
Məktəblər telefonların xüsusi qutularda və ya şkaflarda saxlanılması kimi tətbiq üsullarını özləri müəyyənləşdirəcəklər.
Təhsil naziri Lusi Pauell bildirib ki, məqsəd şagirdlərin dərslərə və bir-biri ilə ünsiyyətə daha çox diqqət ayırmasını təmin etməkdir.
Bununla belə, məktəb rəhbərlərini təmsil edən birliklər yeni qaydaların əlavə xərc yaradacağını bildirərək hökumətdən maliyyə dəstəyi istəyiblər.








