Bakıda qayınana gəlinini döyüb.
Modern.az-ın xəbərinə görə, hadisə Sabunçu rayonu ərazisində baş verib.
46 yaşlı Zəhra Tağıyeva (şərti adla) yaşadıqları evdə döşəmə silən taxta ilə gəlininin alnına və əllərinə zərbələr vurub. Buna səbəb isə gəlinin pəncərəni gec bağlması olub. Gəlininin belə etməsini özünə sığışdırmayan qadın əsəbiləşərək, məlum hadisəni törədib.
Fakt əsasında Z. Tağıyeva saxlanılıb və barəsində cinayət işi açılıb.








