Azyaşlı uşağın şəkərli diabet xəstəliyi səbəbindən Bakıdakı uşaq bağçasından uzaqlaşdırıldığı iddia olunur.
Xeberplus.com “Xəzər” TV-yə istinadən xəbər verir ki, uşağın anası Hədiyyə Qurbanəliyeva “Barama” uşaq bağçasından şikayətçidir. Onun sözlərinə görə, övladı ailəyə əvvəlcədən xəbərdarlıq edilmədən bağçanın “Əcəmi” filialından uzaqlaşdırılıb.
Valideyn bildirib ki, uşağın bütün tibbi sənədləri qaydasındadır və o, mütəmadi olaraq həkim nəzarətindədir. Buna baxmayaraq, bağça rəhbərliyinin uşağın xəstəliyini əsas gətirərək onun bağçada qalmasına məhdudiyyət qoyduğu iddia olunur.







