XeberPlus

Ən son xəbərlər

Ölkə

“Azərişıq” leysan nəticəsində elektrik şəbəkələrinə dəymiş ziyanın aradan qaldırılmasına 12,1 milyon xərcləyəcək

Azərbaycanda güclü leysan yağışları və sel suları nəticəsində “Azərişıq” ASC-nin elektrik şəbəkələrinə dəymiş ziyanın aradan qaldırılması ilə bağlı zəruri işlər həyata keçiriləcək.

Bu barədə İqtisadiyyat.az qurumdan məlumat əldə edib.

Belə ki, sözügedən işlər Bakı və Sumqayıt şəhərlərində, Abşeron, Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları ərazisində elektrik təsərrüfatını əhatə edəcək.

Məlumata əsasən, bu işləri “Yuq Construction” şirkəti həyata keçirəcək. Həmin işlərin icrasına 12,1 milyon manat vəsait sərf olunacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *