Azərbaycanda ailə DƏHŞƏTLİ QƏZAYA düşdü: İçində bir yaşlı körpənin də olduğu maşın 50 metr hündürlükdən AŞDI – FOTO
Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı detallar məlum olub.
Qəza gecə saat 02:00 radələrində rayonun Soltankənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, BMW markalı, 77-QS-771 dövlət qeydiyyat nişanlı minik avtomobili idarə edən Elbrus Fərman oğlu Qafarov nəqliyyat vasitəsinə nəzarəti itirərək avtomobili aşırıb.
Hadisəyə sürücünün yolu yaxşı tanımaması və döngədə idarəetməni itirməsi səbəb olub.
Qəza nəticəsində xəsarət alanların sürücünün ailə üzvləri deyil, yaxın qohumları – qardaşının həyat yoldaşı və nəvəsi olduğu, onların ciddi xəsarət almadıqları qeyd olunur.//Oxu.az







