Angelina Jolie Los Anglesdəki evini satıb.
XeberPlus.com xəbər verir ki, aktrisa Los Feliz bölgəsindəki evini 24,75 milyon dollara (42 milyon manat) satıb.
O, 9 ildir yaşadığı evi Brad Pittdən ayrıldıqdan sonra almışdı.
Həmçinin, evdə altı yataq otağı və 10 hamamı olan tarixi mülkdə kitabxana, idman zalı, şərab zirzəmisi, qonaq evi, hovuz evi və çay evi yerləşir.
Qeyd edək ki, aktrisa daha əvvəldə əkizlərinin 18 yaşı olduqdan sonra Los Anglesdən ayrılacaqlarını bildirmişdi.








