Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
XeberPlus.com President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə, Nemət Zeynal oğlu Nağdəliyev Azərbaycan Respublikasının Estoniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.







