XeberPlus

Ən son xəbərlər

Hadisə

Lənkəranda qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb

XeberPlus.com Azertag.az-a istinadən xəbər verir ki, Lənkəran şəhərində qanunsuz fəaliyyət göstərən toyuq kəsimi müəssisəsində aparılan yoxlama zamanı qida təhlükəsizliyi sahəsində ciddi pozuntular aşkarlanıb.

Daxil olan müraciət əsasında Lənkəran şəhəri, H.Z.Tağıyev küçəsində fəaliyyət göstərən, fiziki şəxs Əkbərov Əli İdrak oğluna məxsus toyuq kəsimi müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama keçirilib.

Yoxlama zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi müəyyən edilib.

Araşdırma zamanı kəsim prosesində sanitariya-gigiyena tələblərinə əməl olunmadığı, toyuq məhsullarının baytarlıq normalarına uyğun olmadığı, həmçinin işçi heyətin tibbi müayinədən keçmədiyi aşkarlanıb.

Aşkar edilmiş faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib olunub.

Qida təhlükəsizliyi tələblərinin pozulmasına görə müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *