Azərbaycanın Türkiyədəki səfiri Rəşad Aslanov oktyabrın 23-də Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı ilə görüşüb.
XeberPlus.com xəbər verir ki, görüşdə Prezident İlham Əliyevin səmimi salamları və Azərbaycan-Türkiyə qardaşlığının müdafiəsi istiqamətində nümayiş etdirdiyi prinsipial mövqeyə və dəstəyə görə təşəkkürü Dövlət Bağçalıya çatdırılıb.
Səfir türk dünyasının birliyi və həmrəyliyinin gücləndirilməsi istiqamətində səylərin Azərbaycanda yüksək qiymətləndirildiyini vurğulayıb.








