XeberPlus

Ən son xəbərlər

Dünya

Bəşar Əsəd daxil olmaqla 9 nəfər barəsində edam hökmü çıxarılıb

Suriyada məhkəmə devrilmiş prezident Beşar Əsəd və daha 8 nəfər barəsində edam qərarı verdiyi bildirilir.

Şam 4-cü Cinayət Məhkəməsinin qərarı ilə Beşar Əsəd, onun qardaşı Mahir Əsəd və əmisi oğlu Nəcib Atif edam cəzasına məhkum ediliblər.

Məhkəmə qərarına əsasən, hökm “müharibə cinayətləri” və “insanlığa qarşı cinayətlər” ittihamları ilə verilib. Digər təqsirləndirilən şəxslərin əksəriyyətinin ölkə xaricində olduğu və barələrində axtarış aparıldığı bildirilib.

Edam cəzası verilən şəxslərin siyahısında aşağıdakı adlar yer alıb:

Beşar Əsəd

Mahir Əsəd

Atif Nəcib

Fəhd Casim əl-Fureyc

Məhəmməd Əyman Uyuş

Lüey Əli əl-Ali

Qusay İbrahim Məhiyub

Vəfiq Saleh Nasi

Talal Faris əl-Asimi

Məlumata görə, Nəcib Atif 2008–2011-ci illərdə Dəra bölgəsində “Siyasi Təhlükəsizlik Şöbəsinin rəhbəri” vəzifəsində çalışıb. Məhkəməsi isə aprelin 26-da başlayıb.

Suriyada uzun illər davam edən münaqişə nəticəsində yüz minlərlə insanın həyatını itirdiyi, milyonlarla insanın isə ölkə daxilində və xaricində məcburi köçkün vəziyyətinə düşdüyü bildirilir.

Mənbə: Diken.com.tr

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *