XeberPlus

Ən son xəbərlər

Texnologiya

Apple-ın iPhone Duo ilə bağlı strateji səhvi müzakirələrə səbəb oldu

Apple-ın yeni iPhone Duo modelinin ilkin sifarişləri tədarük problemləri səbəbindən istifadəçilərin narazılığına yol açıb. Bloomberg jurnalisti Mark Qurman şirkətin mümkün gecikmələri əvvəlcədən bilməsinə baxmayaraq sifarişləri vaxtında başlatmaq qərarını tənqid edib.

XeberPlus.com xəbər verir ki, Apple oktyabrın 16-da 70-dən çox ölkədə iPhone Duo üçün ilkin sifarişləri qəbul etməyə başlayıb. Lakin sifarişlər başladıqdan 30 dəqiqə sonra çatdırılma müddətinin yanvarın 25-dək uzandığı bildirilib.

Məlumata görə, iPhone Duo-nun istehsalında yaranan çətinliklər ilkin mərhələdə satışların yalnız ABŞ və Çin kimi əsas bazarlarda başlaması ehtimalını gündəmə gətirmişdi. Buna baxmayaraq, Apple sifarişləri eyni vaxtda onlarla ölkədə istifadəyə verib.

Şirkətin istehsal həcmini artıraraq çatdırılma müddətini qısaldıb-qısaltmayacağı hələlik məlum deyil.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *