Kürdəmirdə dəmir yolunun kənarında kişi meyiti aşkarlanıb.
Xitab24.az-ın məlumatına görə, bu gün səhər saatlarında Kürdəmir sahəsində hərəkətdə olan yük qatarının maşinisti yolun kənarında bir nəfər kişi meyiti aşkarlayıb. Hadisə ilə bağlı dərhal aidiyyəti üzrə məlumat verilib.
Hazırda hadisənin hansı şəraitdə baş verməsi araşdırılır.








