Rusiya Ukraynada davam edən müharibədə ordunun şəxsi heyət çatışmazlığını aradan qaldırmaq üçün yeni üsullara əl ata bilər. İddialara görə, borclarını ödəyə bilməyən şəxslər, işsizlər və təhsilində uğursuzluq yaşayan tələbələr müqavilə əsasında hərbi xidmətə qoşulmaq üçün təzyiqlə üzləşə bilərlər.
XeberPlus.com xəbər verir ki, Moskvanın ümumi səfərbərlik elan etmək əvəzinə, iqtisadi və sosial baxımdan çətin vəziyyətdə olan kişiləri hədəf ala biləcəyi bildirilir.
İddialara görə, maddi çətinlik yaşayan şəxslərdən hərbi müqavilə imzalamaq üçün istifadə edilə bilər. Bu yolla Kreml genişmiqyaslı səfərbərliyin cəmiyyətdə yarada biləcəyi narazılıqdan yayınaraq ordunun şəxsi heyət ehtiyacını qarşılamağa çalışa bilər.
İddialarda universitetdə təhsilində çətinlik çəkən tələbələrə də toxunulur. Bəzi tələbələrə təhsillərini davam etdirmək müqabilində hərbi xidmətə qoşulmağın təklif edildiyi bildirilir. Lakin bu yanaşmanın ölkə üzrə nə dərəcədə geniş yayıldığı aydın deyil.
Qeyd edək ki, borcluların, işsizlərin və təhsildə uğursuzluq yaşayan tələbələrin məcburi şəkildə hərbi xidmətə cəlb ediləcəyi barədə məlumatlar hələlik ümumölkə səviyyəsində təsdiqlənmiş qərar deyil.








