XeberPlus

Ən son xəbərlər

Cəmiyyət

Ikinci əl geyimlərə tələbatı artıran səbəblər – Ekspertdən AÇIQLAMA

Geyim seçimi insanların gündəlik həyatında təkcə ehtiyac deyil, həm də xarici görünüş və zövqlə bağlı məsələdir. Azərbaycanda dəbli və keyfiyyətli geyimlərə maraq artsa da, qiymətlər, yerli istehsalın məhdudluğu və bazardakı məhsulların keyfiyyəti alıcıların seçimlərinə təsir göstərir. Bu səbəbdən son illərdə ikinci əl geyimlərə maraq da diqqət çəkir.

Bəs ikinci əl geyimlərə marağın artmasının əsas səbəbi nədir?

Mövzu ilə bağlı sosioloq Əhməd Rəhmanov XeberPlus.com-a açıqlamasında bildirib ki, yerli bazarda istehsalın zəifliyi, insanları ikinci əl geyimlər almağa məcbur edir:

“Xalqımız geyimə fikir verən xalq olduğu üçün başqalarının nisbətən dəbdəbəli paltarlarına üstünlük veririk. Əsasən, qadınlar xarici görünüşlərinə daha çox önəm verirlər. Dırnaq baxımı, makiyaj və digər detallara diqqət yetirirlər. Hazırda Azərbaycanda yerli tekstil istehsalı zəifdir. Yəni, bu sahədə istehsal imkanları məhduddur. Diqqət yetirsək, keyfiyyət baxımından aşağı olan geyimlərin də müəyyən ölkələrin məhsulları olduğunu görərik. Başqa sözlə, bazarımızda yerli istehsalın payı azdır. Ona görə də insanlar ikinci əl geyimlərə üstünlük verirlər”.

Ekspert qeyd edib ki, bazarda Çin məhsulları yerli məmulatlarla müqayisədə çoxluq təşkil edir:

“Çin məhsullarının bazarda çox olmasının əsas səbəblərindən biri də gəlir əldə etmək istəyidir. Belə ki, bəzi satıcılar Çindən daha ucuz məhsullar gətirməklə bazarın böyük hissəsini əhatə etməyə çalışırlar”.

Mütəxəssisin fikrincə, ikinci əl geyimlərə marağın çoxalma səbəbi məhsulların keyfiyyəti ilə də əlaqəlidir:

“Brend məhsulların çoxu isə keyfiyyət baxımından həmişə gözləntiləri doğrultmur. Məsələn, Fransadan gətirilən bir məhsul Azərbaycanda da eyni qiymətə satılarsa, alıcılar onu almağa o qədər də maraq göstərməyə bilərlər. Ona görə də insanlar Avropada başqalarının alıb bəyənmədiyi və ya cəmi bir dəfə geyindiyi ikinci əl paltarları almağa üz tuturlar”.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *