“Xalaqızı” ləqəbli Azərbaycanın ilk snayperi Növrəstə Yusifova vəfat edib.
XeberPlus.com xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib.
Növrəstə Yusifova 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsində ilk qadın snayper kimi iştirak edib.
74 yaşlı veteran hərbçinin xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.









