XeberPlus

Ən son xəbərlər

Digər

Azərbaycanda ilk dəfə meyitdən ürək köçürülən Rəşad vəfat etdi

Azərbaycanda meyit donorun ürəyinin köçürüldüyü ilk pasiyent Rəşad Məmmədəliyev vəfat edib. Tovuz rayon sakininin vəziyyəti həkimə müraciət etdiyi zaman qəfil pisləşib.

XeberPlus.com xəbər verir ki, Rəşad Məmmədəliyevin ölümü müayinə zamanı məlum olub. O, 2025-ci ilin oktyabrında Azərbaycanda ilk dəfə həyata keçirilən meyit donor ürək transplantasiyası əməliyyatının pasiyenti idi.

Əməliyyat zamanı 2006-cı il təvəllüdlü Rəşad Məmmədəliyevə meyit donordan götürülmüş ürək köçürülmüşdü. Bu hadisə ölkədə orqan transplantasiyası sahəsində mühüm mərhələ kimi qiymətləndirilmişdi.

Pasiyentin vəfatının səbəbləri ilə bağlı əlavə rəsmi məlumat hələ açıqlanmayıb. Müvafiq qurumların açıqlaması gözlənilir.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *