XeberPlus

Ən son xəbərlər

Maraqlı

Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq

Oktyabrın ikinci yarısında Orionid meteor yağışı müşahidə olunacaq

​XeberPlus.com xəbər verir ki, Bakı Dövlət Universitetinin (BDU) Fizika fakültəsinin Astrofizika kafedrasından verilən məlumata görə, Orionid meteor yağışı noyabrın 7-dək aktiv olacaq. Meteor yağışının maksimum aktivliyi isə 21–22 oktyabr tarixlərində baş verəcək. Oktyabrın 21-dən 22-nə keçən gecə meteor yağışının müşahidəsi üçün əsas tarixlərdən biridir.

​2026-cı il üçün Orionidlərin maksimum aktivliyi zamanı saatda 20-yə yaxın meteorun müşahidə olunması gözlənilir. Orionid meteor yağışını Azərbaycandan da izləmək mümkün olacaq.

​Təbiət hadisəsini izləmək üçün gecə yarısından sonrakı və xüsusilə sübhə yaxın saatlar daha əlverişli hesab olunur. Müşahidə zamanı şəhər işıqlarından uzaq, mümkün qədər qaranlıq məkanların seçilməsi xüsusi əhəmiyyət daşıyır.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *