XeberPlus

Ən son xəbərlər

Dünya

Husilərin hücumu Ər-Riyad hava limanını iflic etdi: Uçuşlar ləğv olundu

Husilər və Səudiyyə Ərəbistan arasında qarşıdurma davam edir.

XeberPlus.com xarici KİV-ə istinadla bildirir ki, Husilər Ər-Riyaddakı Beynəlxalq Hava Limanına zərbə endirib.

Aviasiya analitikası şirkəti “Cirium”un məlumatlarına görə, hücumla əlaqəli olaraq uçuşlar ləğv edilib, bu gündə 31 uçuşun ləğv ediləcəyi bildirilib.

Səudiyyə Ərəbistanının Mülki Aviasiya Baş İdarəsinin yaydığı məlumatlarda 3 nəfərin öldüyü, 36 nəfərin isə yaralandığı qeyd edilib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *