XeberPlus

Ən son xəbərlər

Dünya

Muzeydən milyonluq sənət əsərləri oğurlandı

Fransanın Kanyes-sür-Mer şəhərində yerləşən Renoir Muzeyində baş verən oğurluq hadisəsi ilə bağlı beş şübhəli şəxs saxlanılıb. Hadisə nəticəsində məşhur fransız rəssamı Ogüst Renuara məxsus qiymətli əsərlər oğurlanıb.

XeberPlus.com xarici mediaya istinadla xəbər verir ki, sentyabrın 8-də muzeyə daxil olan iki oğru dörd sənət əsərini oğurlayıb. Onlardan ikisi oğrular tərəfindən atılıb, lakin sonradan tapılıb.

Təhlükəsizlik kameralarının köməyi ilə şübhəlilərin müəyyən edildiyini bildirib. Polis əməliyyatı nəticəsində hadisə ilə əlaqəli beş nəfərin saxlanıldığı açıqlanıb.

Oğurlanan əsərlərin ümumi dəyərinin təxminən 9 milyon avro olduğu bildirilir. İtkin düşən əsərlər arasında Renuarın 1895-ci ildə çəkdiyi “Madam Pinson” portreti, 1910-cu il tarixli “Madam Collonna Romano” portreti, “Coco Lisant” və “Quyudakı gənc qız” əsərləri yer alır.

Hazırda hansı iki əsərin hələ də tapılmadığı barədə rəsmi məlumat verilməyib. Araşdırmalar davam edir

Məlumata görə, oğrular muzey ərazisinə daxil olmaq üçün metal hasarı kəsib və təhlükəsizlik əməkdaşlarının növbə dəyişməsindən istifadə ediblər.

Qeyd edək ki, Fransada belə hadisələr son illərdə sənət dünyasında baş verən ən diqqətçəkən oğurluqlardan biri hesab olunur. 2025-ci ildə Parisdəki Luvr Muzeyində də krala aid zinət əşyalarının saxlandığı bölmədən milyonlarla avro dəyərində tarixi əsərlər oğurlanmışdı.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *