Rusiyanın Sibir bölgəsində taun araşdırmaları aparan laboratoriyada çalışan əməkdaşın ölümündən sonra yayılan iddialara rəsmi açıqlama verilib.
XeberPlus.com xəbər verir ki, Rusiya İnsan Sağlamlığı və İstehlakçı Hüquqlarının Müdafiəsi Federal Xidməti Taunla Mübarizə İnstitutunda çalışan əməkdaşla təmasda olan şəxslərdən birinin xəstələndiyi barədə yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Sibirin İrkutsk bölgəsində yerləşən Taunla Mübarizə İnstitutunda laboratoriya texniki kimi çalışan 28 yaşlı Darya Şipilova oktyabrın 2-də şübhəli infeksiya nəticəsində həyatını itirib. Hadisədən sonra mümkün yoluxma ehtimalı ilə bağlı beynəlxalq narahatlıq yaranıb.
Açıqlamalarda mərhum əməkdaşla təmasda olan bütün şəxslərin tibbi yoxlamadan keçirildiyini bildirib.
Lakin hər hansı yoluxucu xəstəlik əlaməti qeydə alınmayıb və yayılan məlumatlar təsdiqlənməyib.
Rusiya rəsmiləri 28 yaşlı laboratoriya əməkdaşının pnevmoniya nəticəsində öldüyünü açıqlasa da, xəstəliyin mənbəyi və dəqiq səbəbi ilə bağlı yekun məlumat verilməyib.








