Türkiyəli məşhur müğənni Sezan Aksunun səhhətində problem yaranıb.
XeberPlus.com türk mediasına istinadla xəbər verir ki, sənətçi bir müddətdir müalicə alır.
Müğənnin biopsiya olunduğu bildirilib. Əldə edilən məlumatlara görə isə sənətçinin vəziyyəti hazırda yaxşıdır. Lakin biyopsiyanın hansı səbəblə edildiyi və nəticəsinin nə olduğu hələlik məlum deyil.
Xatırladaq ki, Sezan Aksu “Firuze”, “Sən ağlama”, “Get”, “Tükənəcəyik” və “Bilirsən” və digər mahnıları ilə tanınır.








