XeberPlus

Ən son xəbərlər

Sosial

Noyabrda 11 gün iş olmayacaq

Noyabr ayında Azərbaycanda daha uzun istirahət günləri olacaq.

XeberPlus.com xəbər verir ki, noyabrın 8-i Zəfər Günü, noyabrın 9-u isə Dövlət Bayrağı Günü kimi qeyd olunur. Hər iki tarix qeyri-iş günüdür. Bundan əlavə 8 noyabr bazar gününə təsadüf etdiyi üçün Əmək Məcəlləsinə uyğun olaraq, noyabrın 10-u da qeyri-iş günü olacaq.

Nəticədə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatına görə,  noyabr ayında beşgünlük iş həftəsi ilə çalışanlar üçün ümumilikdə 11, altıgünlük iş həftəsi ilə çalışanlar üçün isə 7 qeyri-iş günü olacaq.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *