21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxacaq.
XeberPlus.com xəbər verir ki, Rəşad Eyubovun rəhbərlik etdiyi Azərbaycan U-21 millisi Bakıda Cəbəllütariq yığması ilə üz-üzə gələcək.
B qrupunun qarşılaşması “Bank Respublika Arena”da keçiriləcək. Matçın start fiti saat 17:45-də səslənəcək. Görüşün baş hakimi isə Lüksemburqdan olan Yasmin Sabotiç olacaq.
Azərbaycan millisi hazırda Avropa çempionatının seçmə mərhələsində B qrupunda mübarizə aparır. Komanda 6 iştirakçı arasında topladığı 7 xalla 5-ci pillədə qərarlaşıb.
Gənc futbolçular üçün bu qarşılaşma qrupdakı mövqelərini yaxşılaşdırmaq və turnirdə şanslarını artırmaq baxımından mühüm əhəmiyyət daşıyır.








