XeberPlus

Ən son xəbərlər

Maraqlı

5 Oktyabrda hansı hadisələr olub?

Bu gün dünya tarixində yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.

XeberPlus.com bu hadisələri təqdim edir:

5 Oktyabr Azərbaycanda baş verənlər:

1901-ci ildə Bakıda Qızlar məktəbi açılıb.

1935-ci ildə bəstəkar, Xalq artisti Xəyyam Mirzəzadə anadan olub.

1938-ci ildə Səməd Vurğunun “Vaqif”dramı tamaşaya qoyulub.

2002-ci ildə Milli Televiziya və Radio Şurası yaradıldı.

2011-ci ildə Prezident İlham Əliyev AMEA üzvü, əməldar elm alimi Abbas Zamanovun 100 illik yubileyilə əlaqədar sərəncam imzalayıb.

2020-ci il İkinci Qarabağ müharibəsinin gedişində Azərbaycan Ordusu Cəbrayıl rayonunun Şıxəli Ağalı, Sarıcalı və Məzrə kəndlərini, eləcə də bir neçə strateji yüksəkliyi azad edib.

5 Oktyabr dünyada baş verənlər:

1905-ci ildə Rayt qardaşları 24 millik məsafəni 39 dəqiqəyə qət ediblər.

1908-ci ildə Bolqarıstan müstəqilliyini elan edib.

1910-cu ildə Portuqalya müstəqillik qazandı.

1936 -ci ildə Çexoslovakiyanın sonuncu, Çexiyanın ilk prezidenti Vatslav Havel anadan olub.

1944-cü ildə Fransada qadınlara seçmək və seçilmək hüququ verildi.

1966-cı ildə müəllimlərin statusu ilə bağlı UNESCO və Beynəlxalq Əmək Təşkilatının tövsiyəsinin qəbul edilməsini xatırladır və 1994-cü ildən qeyd olunur.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *