Victoria’s Secret moda şousu bu il Los Anglesdə keçiriləcək.
XeberPlus.com xəbər verir ki, tədbir 18 oktyabrda baş tutacaq.
Vaxta az qaldığı üçün şouda iştirak edəcək modellərində adı açıqlanmağa başlayıb. Açıqlanan siyahıda Adriana Lima, Gigi Hadid, Paloma Elsesser, Imaan Hammam, Anok Yai, Candice Swanepoel, Ashley Graham, Abby Champion, Alex Consani və Devyn Garcia yer alır. Yaxın günlərdə isə yeni modellərin də adları elan ediləcək.
Tədbirdə musiqi şouda göstəriləcək. Səhnədə Megan Thee Stallion, Megan Moroney, Tate McRae və KATSEYE yer alacaqlar.
Qeyd edək ki, şoun ABŞ saatı ilə 16: 00-da youtubedə yayımlanacağı bildirilib.








