Dənizlərin sevimli canlılarından olan suitilər göründükləri qədər sadə heyvanlar deyil. Onların su altında yaşamağa uyğunlaşması ilə bağlı bir sıra olduqca maraqlı xüsusiyyətləri var. Su canlısı olan bu heyvanların bir sıra özəllikləri var.
XeberPlus.com suitilər haqqında maraqlı faktları təqdim edir:
1. Suitilərin gözləri sualtı mühitə uyğunlaşıb. Zəif işıqda belə ətrafı yaxşı görmələrinə kömək edən xüsusi quruluşları var.
2.Suitilərin üzündəki uzun bığlar sadəcə görünüş üçün deyil. Onlar suda hərəkət edən balıqların yaratdığı çox zəif su dalğalarını hiss edə bilir. Hətta bəzi suitilərin görmə qabiliyyəti zəifləsə belə, bığlarından istifadə edərək ov tapa bilirlər.
3. Liman suitiləri dərinliyə dalmazdan əvvəl ürək döyüntülərini dəqiqədə 80–120-dən cəmi 3–4-ə qədər azalda bilir. Bu, onların oksigenə qənaət etməsinə kömək edir.
4.Suitilər ehtiyac duyduqları suyun böyük hissəsini qidalarından əldə edir. Orqanizmləri qidadakı suyu səmərəli şəkildə istifadə edə bildiyi üçün dəniz suyu içmək onlar üçün əsas su mənbəyi deyil.
5.Fil suitiləri uzun və dərin dalışlar zamanı yuxuya gedə bilir. Onlar aşağıya doğru hərəkət edərkən “yuxu spiralı” adlanan vəziyyətə düşür və oksigen səviyyəsi azaldıqda yenidən oyanaraq səthə qalxırlar.
6. Suitilər arxa üzgəclərini bədənlərinin altına gətirib dörd ayaq üzərində yeriyə bilmirlər. Bunun əvəzinə bədənlərini dalğavari hərəkət etdirərək irəliləyirlər. Buna baxmayaraq, bəzi növlər qısa məsafədə qaçan insanı belə ötə bilər.
7.Məlumatlarına əsasən, müasir suitilərin əcdadları təxminən 28–30 milyon il əvvəl okean mühitinə uyğunlaşmağa başlayıb.








