Afra Saraçoğlunun narkotik test nəticəsinin cavabı bilinib.
XeberPlus.com xəbər verir ki, Bakırköy Respublika Prokurorluğunun məşhur şəxslərlə bağlı araşdırması çərçivəsində Afra Saraçoğlu analizlərinin nəticəsi açıqlanıb. Məlumata görə, Saraçoğludan götürülən saç nümunəsinin analizində k*kain izləri aşkarlanıb.
İş səfəri ilə əlaqədar xaricdə olan Afra Saraçoğlu sentyabrın 21-də Fransadan İstanbula qayıdarkən hava limanında saxlanılıb. Aktrisanın menecerlik şirkəti onun Məhkəmə Tibbi Ekspertiza və prokurorluqdakı prosedurlar başa çatdıqdan sonra sərbəst buraxıldığını açıqlamışdı.
Qeyd edək ki, sentyabrın 18-də keçirilən əməliyyat zamanı aktyor Aras Bulut İynemli, “Sefo” ləqəbli Seyfullah Sağır və aktrisa Melis Sezenin də olduğu bir neçə məşhur saxlanılıb.








