XeberPlus

Ən son xəbərlər

Ölkə

Bir ömürə sığan böyük qəhrəmanlıq – Hökumə Əliyevanın doğum günüdür

Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcər rayonunun Susuzluq kəndində anadan olub. 

1993-cü ildə, iki yaşında olarkən ailəsi ilə birlikdə doğma yurdundan ayrılıb. Bir müddət Rusiyada təhsil aldıqdan sonra Azərbaycana qayıdıb və Bakı Dövlət Universitetinin Hüquq fakültəsinə 612 balla qəbul olunub. Ali təhsilini magistratura və doktorantura pilləsində davam etdirib.

Hökumə Əliyeva əmək fəaliyyətinə Azərbaycan Hava Yollarında başlayıb. Tərcüməçi kimi çalışdıqdan sonra təyyarə bələdçisi kimi fəaliyyət göstərib. 

25 dekabr 2024-cü ildə AZAL-ın Bakı–Qroznı marşrutu üzrə uçan sərnişin təyyarəsi Aktau yaxınlığında qəzaya uğrayıb. Hadisə zamanı sərnişinləri sakitləşdirməyə çalışan Hökümə Əliyeva “Hər şey yaxşı olacaq” sözlərilə yaddaşlarda qalıb.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *