XeberPlus

Ən son xəbərlər

İdman

“Zirə” Çempionlar Liqası ilə vidalaşdı

“Zirə” minifutbol üzrə Çempionlar Liqasında mübarizəni dayandırıb.

Azərbaycan çempionu 1/4 finalda Macarıstanın “The Private Rooftop” klubu ilə üz-üzə gəlib.

Matçın əsas vaxtı 0:0 hesabı ilə bitib. Penaltilər seriyasında isə rəqib daha dəqiq olub – 2:0.

Bununla da, Azərbaycanın sonuncu təmsilçisi də İspaniyanın Kambrils şəhərində təşkil olunan turniri erkən başa vurub. 

Xatırladaq ki, daha əvvəl “Birbaşa Bakı” 1/8 finalda, “Aznur” isə qrup mərhələsində mübarizəni dayandırıb.//QOL.az

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *