Alma gündəlik qidalanmada ən çox istifadə olunan meyvələrdən biridir. Bazarda qırmızı, yaşıl və sarı rəngli alma növlərinə tez-tez rast gəlirik. Rəng əsasən almanın növü və tərkibindəki piqmentlərlə bağlıdır, lakin dad, turşuluq, şəkər və bəzi antioksidantların miqdarı növdən-növə dəyişə bilər.
Qırmızı almanın tərkibində antosianinlər adlı piqmentlər mövcuddur. Adətən şirin dadı olan bu meyvə yaşıl alma ilə müqayisədə şirindir. Qırmızı rəngli qabığın tərkibində isə müxtəlif faydalı bitki birləşmələri var.
Yaşıl alma isə turş və xırtıldayan dada malik olur. Bu almalarda C vitamini olduqca zəngindir. Bəzən dieta saxlayan şəxslər tərəfindən qida rasionuna əlavə edilir və arıqlamaq istəyən şəxslərin seçimi olur.
Sarı alma isə adətən şirin və yumşaq olması ilə seçilir. Onun sarı olması isə karotenoidlər və digər bitki birləşmələrilə bağlı ola bilər. Salatlarda və desertlərdə istifadə edilir.
Əslində “ən faydalı alma” rəngə görə müəyyən edilmir. Tərkibindəki müxtəlif növ vitaminlərlə əlaqəli olaraq almanın qəbul edilməsi əhəmiyyətlidir.







