Tədqiqatçılar bildiriblər ki, Günəşin səthində müxtəlif sürətlə hərəkət edən plazmaların yaratdığı dalğalanmalar ulduzun maqnit sahəsinin davamlı dəyişməsi nəticəsində meydana gəlir. Alimlərin sözlərinə görə, bu hərəkətlər ilk dəfə bu qədər detallı şəkildə müşahidə olunub.
Elm adamları həmçinin diqqətə çatdırıblar ki, bu burulğanlar Yer kürəsində elektrik şəbəkələrinə və peyklərə təsir göstərən kosmik hava hadisələrinə səbəb olan enerji partlayışlarının yaranmasında mühüm rol oynayır.
Araşdırmanın nəticələri “Nature” jurnalında dərc olunub.
Mənbə: Anadolu Ajans







