Süni intellekt və robot texnologiyalarında yeni mərhələ başlayır. Çinin UniX AI şirkəti tərəfindən hazırlanan “Panther” adlı xidmət robotu artıq evlərdə istifadə olunmağa başlayıb.
80 kiloqram ağırlığında olan robot xüsusi mexanizmləri sayəsində 2 metr hündürlüyə qədər uzana bilir. O, sahibini oyatmaq, səhər yeməyi hazırlamaq, qabları yumaq, paltarları asmaq və digər gündəlik ev işlərini yerinə yetirmək üçün hazırlanıb.
Şirkətin məlumatına görə, robotun Çində satış qiyməti təxminən 80 min yuan (təqribən 580 min manat) təşkil edir. Xarici bazarlarda isə qiymətin 30-100 min dollar arasında dəyişə biləcəyi gözlənilir. Hazırda robotlara əsasən yüksək gəlirli şəxslər maraq göstərir.
Mütəxəssislər hesab edir ki, belə robotlar gələcəkdə ev təsərrüfatlarında insanlara daha çox kömək edə bilər və gündəlik işlərin avtomatlaşdırılmasında mühüm rol oynaya bilər







