XeberPlus

Ən son xəbərlər

Maraqlı

Tarixin 22 Sentyabrı

Bu gün-22 sentyabr tarix boyu yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.

XeberPlus.com xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.

22 sentyabrda baş verənlər:

1067-ci ildə Bağdadda Nizamiyyə mədrəsəsi fəaliyyətə başlayıb. Azərbaycanlı alim Xətib Təbrizi burada kitabxana müdiri və ədəbiyyat müəllimi kimi fəaliyyət göstərib.

1918 – Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti ölkənin milli valyutasının – manatın (Bakı bonları) çap olunması barədə qərar qəbul edib.

2008 – Azərbaycan müəllimlərinin XIII qurultayı keçirilib.

22 Sentyabr doğulanlar:

1876-cı ildə Şuşada məşhur xanəndə, “Segah İslam” ləqəbi ilə tanınan Əməkdar artist İslam Abdullayev, 1909-cu ildə ilk azərbaycanlı kinorejissorlardan biri Səməd Mərdanov, 1920-ci ildə İkinci Dünya müharibəsinin iştirakçısı, Fransanın Milli Qəhrəmanı Əhmədiyyə Cəbrayılov, 1929-cu ildə Əməkdar elm xadimi, filosof Həsən Şirəliyev doğulub.

Həmçinin, 1987-ci ildə “Harry Potter” filmlərində Drako Malfoy obrazını canlandıran britaniyalı aktyor Tom Felton, 2000-ci ildə amerikalı aktyor Michael Rainey Jr, 1932-ci ildə olimpiya çempionu olmuş isveçli boksçu İnqemar Yohansson anadan olub.

22 sentyabrda vəfat edənlər:

1964-cü ildə məşhur xanəndə, Qarabağ muğam ifaçılığı məktəbinin görkəmli nümayəndəsi İslam Abdullayev, 2022-ci ildə Azərbaycan teatr və kino aktrisası Fərqanə Quliyeva, 2024-cü ildə Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli dünyasını dəyişib vəfat edib.

Həmçinin, 2010-cu ildə amerikalı müğənni və aktyor Eddie Fisher, 2015-ci ildə məşhur beysbolçu və məşqçi Yogi Berra, 2022-ci ildə britaniyalı yazıçı, “Wolf Hall” trilogiyasının müəllifi Hilary Mantel vəfat edib.

LEAVE A RESPONSE

Your email address will not be published. Required fields are marked *