Son vaxtlar məşhurları müxtəlif üsullarla aldadaraq pul almağa çalışan dələduzların yeni hədəfi rəqqasə Fatimə Fətəliyeva olub.
XeberPlus.com xəbər verir ki, rəqqasə bu barədə sosial şəbəkədə paylaşım edib:
“Əziz izləyicilərim, dostlarım, tanıdığım və məni tanıyan insanlar. Buradan sizə səslənirəm ki,adımdan istifadə edən dələduzlar çoxalıb. Birdən mənim adımdan sizə müraciət etsələr ki, pul lazımdır, inanmayın və bilin ki, o mən deyiləm”.







