Bu gün-21 sentyabr tarix boyu yadda qalan mühüm hadisələri ilə diqqət çəkir.
XeberPlus.com xəbər verir ki, bu gün sıra tarixi hadisələrlə yadda qalıb.
21 sentyabrda baş verənlər:
1922 – Azərbaycanda latın qrafikalı əlifba ilə ilk mətbu orqan “Yeni yol” qəzeti nəşrə başlayıb.
2022-ci ildə Prezident İlham Əliyev Laçın şəhərində Azərbaycan Bayrağını ucaldıb. Həmin səfər zamanı Laçında bir sıra layihələrlə də tanış olub və Kəlbəcər-Laçın avtomobil yolunda inşa edilmiş tunelə baxış keçirib.
21 Sentyabr doğulanlar:
1493-cü ildə Azərbaycan miniatür sənətinin görkəmli nümayəndəsi Nizaməddin Sultan Məhəmməd, 1865-ci ildə Azərbaycan realist aktyor məktəbinin banilərindən, teatr xadimi Cahangir Məşədi Rza oğlu Zeynalov, 1947-ci ildə Əməkdar mədəniyyət işçisi, Naxçıvan Dövlət Filarmoniyasının estrada orkestrinin bədii rəhbəri və baş dirijoru Nizami Tahir oğlu Məmmədovlov,1938-ci ildə şairə və yazıçı, Azərbaycan Televiziyasının keçmiş diktoru Nurəngiz Gün doğulub.
Həmçinin, 1931-ci ildə amerikalı aktyor Larri Hagman, 1947-ci ildə məşhur amerikalı yazıçı Stiven Kinq, 1971-ci ildə amerikalı aktyor Luke Wilson, 1990-cı ildə amerikalı aktrisa Christian Serratos anadan olub.
21 sentyabrda vəfat edənlər:
1982-ci ildə Azərbaycanın Əməkdar artisti, aktyor Hacıməmməd Qafqazlı, 2022-ci ildə azərbaycanlı yazıçı Nail Murad vəfat edib.
Həmçinin, 1957-ci ildə Norveç kralı VII Haakon,1974-cü ildə amerikalı aktyor, üç dəfə “Oskar” mükafatı qazanan Uolter Brennan,1976-cı ildə məşhur iqtisadçı və investor Benjamin Qrem, 1998-ci ildə amerikalı atlet, olimpiya çempionu Florens Qriffit-Coyner dünyasını dəyişib.







